Cümə axşamı , İyun 4 2020
Home / Mediaktiv+ / Günlük bürclər / Günün qoroskopu-31 Yanvar

Günün qoroskopu-31 Yanvar

Qoç – təxribatlara uymayın, yalanlara aldanmayın. Bədxahlar sadəlövhlüyünüzdən yararlana bilərlər. Manipulyasiyalar və intriqalar toruna düşə bilərsiniz. Hər addımınızı yüz ölçüb bir biçin. İlk baxışda gözə dəyən qərarların əksəriyyətinin dürüst olmadığını anlayın.

Buğa -İşdə həmkarlarınızla çoxsaylı fikir ayrılıqları stress və əsəbə səbəb ola bilər. Günün ikinci yarısında evlə bağlı problem sürətlə həllini tapacaq. Yaxınlarınızla asanlıqla dil tapın. Dəyər verdiyiniz insanları sevindirməyə tələsin. Yeni hisslərə başlamaq üçün münasib zamandır. İntuisiya sizi aldatmayacaq. Etibarınıza layiq insanla tanış olun.

Əkizlər –  bir sıra problemləri həll etməyə və əvvəllər hazırladığınız planları reallaşdırmağa imkan verən gündür. Nəyi niyə etdiyinizi yaxşı anlayın ki, kobud səhvlərə yol verməyəsiniz. Yeniliyi tez əxz edin. Fəlsəfənin bəzi müddəalarını indi gerçək həyata tətbiq edə bilərsiniz.

Xərçəng –  günün ilk yarısında mühüm işə başlamayın. Bu dövrdə təməli qoyulan proseslər sonradan qənaətbəxş nəticələr verməyəcək. Müttəfiq axtarışlarınız konkret nəticə verməyəcək. Sərt tənqidlərə əl atmayın, aqressiv davranmayın. Əks cins mənsubu ilə münaqişə ehtimalı artır. Sözlərinizə kəskin reaksiya verilir.

Şir – bilik, bacarıq və təcrübənizdən yararlanın. Bu gün əldə etdiyiniz yeni informasiya yaxın perspektivdə işlərin sürətləndirilməsinə əlavə təkan verəcək. Günün ikinci yarısında çalışdığınız insanlar arasında tam etibar edə biləcəyiniz şəxsi müəyyənləşdirin. Çətinliklərə rəğmən irəliləyin, iradəli olun.

Qız – peşəkar fəaliyyətinizlə bağlı planların həyata keçirilməsi üçün əlverişli zamandır. İş yerində mühit əlverişlidir. Layihələrinizdən biri ilə rəhbərliyi tanış edə bilərsiniz. Yeni işə sərmayə yatırmaq, anlaşma, müqavilənin imzalanması, danışıqlar üçün münasib zamandır. Maddi durumun yaxşılaşdırılması, gəlir mənbələrinin səbatlaşdırılması və daha çox pul qazanmaq üçün səyləriniz effektiv olmalıdır.

Tərəzi – illüziyalardan qurtularaq real işlərlə məşğul olmağa başlayın. Verdiyiniz vədləri unutmayın. Ciddi məqsədləri müəyyənləşdirərək priorietlərdə yerdəyişmələr edə bilərsiniz. Xəyallara qapılmayın, realist olun. Önəmli insanların etibarından sui-istifadə etməyin.REKLAM

Həmçinin oxuyun

BÜRCLƏR-06 aprel

Qoç – qeyri-standart həllərdən başı çıxan adamlar sizi dəstəkləyəcəklər. Əcnəbilərlə, yaxud uzaqlardan gələn həmvətənlərlə uğurlu sövdələşmələriniz …