Cümə , Sentyabr 20 2019
Home / Mediaktiv+ / Həftənin İN-ləri, OUT-ları / Həftənin İN-ləri və OUT-ları 23/01/2017-29/01/2017

Həftənin İN-ləri və OUT-ları 23/01/2017-29/01/2017

   “Həftənin İN-ləri və OUT-ları” köşəsində mediaktiv.az moderatorları hər həftə sosial şəbəkələrdən seçdiyi, insanların daha çox üzərində durduğu, söhbət etdiyi, rəy bildirdiyi aktual mövzuları, yüksəlişdə olanlar (İN-lər) və enişdə olanlar (OUT-lar) şəklində siz dəyərli oxuculara təqdim etməyə çalışacaqlar. Köşəmiz, mövzularımız haqqında rəyləriniz bizlərə stimul olacaqdır. Dəstəyinizi bizlərdən əsirgəməyin.

    Beləliklə bu həftənin İN-lərini və OUT-larını sizlərə tədim edirik:


   Həftənin əvvəllərindən etibarən kəskin dərəcəyə çatan hava vəziyyəti, sosial şəbəkələrdə insanlar tərəfindən sevilməyən brend olaraq göstərildi. Doğrudur, bəzi selfie həvəskarları bundan pozitiv istifadə etməyi bacardıqlarına görə qarı sevsələrdə, çoxluq tərəfindən istər çətin şərait, istərsə də xəstəliklərin çoxalması səbəbilə soyuq hava sevilmədi. Beləliklə bu həftə soyuq hava şəraiti OUT deyə bilərik.

   2016-cı ildə Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri sonrasında Hillari Klintonu ikinci sırada buraxaraq ABŞ prezidenti vəzifəsinə seçilən Trump, 20 yanvar 2017 tarixində ABŞ Konqresində keçirilən mərasimdə and içərək vəzifəsinə başladı. Vəzifəyə gəldikdən sonra Barak Obama tərəfindən tətbiqinə keçilən Obamacare adlı səhiyyə islahatının müddət içərisində qaldırılması üçün iş başlatdı. Oval Ofis’də Obama tərəfindən anbara qaldırılmış olan köhnə İngiltərə Baş naziri Winston Çörçilin büstünü geri gətirib köhnə yerinə qoydu. Başçı namizədliyi müddətində sıx bir şəkildə tənqid etdiyi Trans-Sakit okean Ortaqlığı’ndan ABŞ-ın çəkilməsini ehtiva edən prezident əmrini 24 Yanvar 2017-ci ildə imzaladı. Sosial şəbəkələrdə istər tənqid, istərsə də təbriklərlə adından söz etdirməyi bacaran Trump bu həftə bizim İN-lər də özünə yer tapa bildi. Beləliklə, yeni ABŞ prezidenti Donald Trump İN deyə bilərik.

Həmçinin oxuyun

Günün qoroskopu: Məntiqi unutmayın

Qoç – günün ilk yarısında situasiya sizə yaxşı şanslar və irəliləyiş imkanları yaradır. Yeni, faydalı əlaqələr …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir