Şənbə , Sentyabr 21 2019
Home / Mediaktiv+ / Həftənin İN-ləri, OUT-ları / Həftənin İN-ləri və OUT-ları 06/02/2017 – 12/02/2017

Həftənin İN-ləri və OUT-ları 06/02/2017 – 12/02/2017

    Dəyərli oxuyucular. Bu həftənin İN-ləri və OUT-larını sizlər üçün hazırladıq.

   07.02.1988 – ci ildə Azərbaycanda bir qəhrəman doğuldu. Adı Mübariz idi. Ona bu adın qoyulması belə təsadüfi deyildi. Çünki, bundan 22 il sonra bir mübariz kimi o öz adını bütün dünyaya eşitdirəcəkdi. Hamı onu qəhrəman Mübariz kimi tanıyacaqdı. Vətəninin başına gətirilən bəlalər qarşısında susqun qala bilməyən Mübariz, 45 erməni zabit və əsgərini təkbaşına məhv etdi. Dünya mediyasının mərkəzinə oturan bu xəbər, bir çox dövlət başçısı, siyasət adamı tərəfindən “qəhrəmancasına bir hərəkət” kimi şərh edildi. Bu həftə qəhrəmanımızın doğum günü idi. Mediaktiv olaraq biz də, bu həftə həftənin İN – i sayılacaq bundan dəyərli bir məqam tapa bilmədik. Beləliklə, bu həftənin İN – i Milli Qəhrəmanımız Mübariz İbrahimovdur.

     Bütün dünyanın nəbzi Suriyada, o cümlədən Əl-Babda atır. Laqeyd yanaşmaq mümkün deyil. Canlar yanır. Evlərə – ocaqlara od düşür. Onlarla insan cavan yaşlarında qara torpağa qarışırlar. Qardaş ölkə Türkiyənin sərhədində yerləşən bu bölgə artıq qan gölünə çevrilib. Dünya ölkələrinin televiziyalarında, radiolarında, bütün sosial platformalarda artıq gözümüzü, ürəyimizi yoran bu bölgə 10 insandan 8-inin neqativ sərhini alır. Bizdə mediaktiv olaraq, istər qardaş ölkə Türkiyənin təhlükəsizliyi, istərsə də dünyadakı sülhün bərqərarı üçün bu həftə Əl-Babı portalımızın OUT – na daşıdıq. Beləliklə, bu həftənin OUT – u hayqıran torpaq Əl-Bab.

Həmçinin oxuyun

Günün qoroskopu: Şəxsi münasibətlərdə vəziyyət pis deyil

Qoç – liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir