Cümə axşamı , Noyabr 26 2020
Home / MediaTV / Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Azad edilmiş ərazilərdə teleradio yayımı üçün infrastrukturun bərpasına başlanılıb

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

MediAktiv.az xəbər verir ki ,Bunu “Report”a açıqlamasında MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub:

“Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb:

“Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.

Həmçinin oxuyun

“İçerde”nin final tarixi açıqlandı

Show TV-nin reytinqli serialı “İçerde”nin bu mövsüm bitəcəyi dəqiqləşib. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, …