Şənbə , Avqust 24 2019
Home / MediaTV / Yarışmalar / Bir gündə “Maşın”dan iki iştirakçı getdi – FOTO

Bir gündə “Maşın”dan iki iştirakçı getdi – FOTO

“Maşın” realiti-şounun daha bir buraxılışı geridə qalıb.

Mediaktiv.az axşam.az-a istinadən bildirir ki, iştirakçılar bu dəfə müğənni Nadir Qafarzadənin şəklini atıblar.

Müğənni səs topladığı təqdirdə kimi çıxaracağını bilmədiyini və oyunun gedişatından asılı olaraq qərar verəcəyini bildirib.

Daha sonra ifaçı şoudan aktyor Sərxan Kərəmoğlunu çıxarmaq istədiyini söyləyib. Buna səbəb isə ötən gün Kərəmoğlunun efirdə Təranə Qumralı təhqir etməsi olub:

“Bu gün də Sərxanın özünə dedim ki, dünən düzgün hərəkət eləmədi. Məni xanım təhqir də etsə, söysə də, mən üzüm çevirib gedərəm. Amma o, belə eləmədi. Ona görə onu çıxaracam”.

Lakin aktyorun maşından əlini götürüb getməsi, müğənninin yeni seçim etməsinə səbəb olub. Çıxılmaz vəziyyətdə qalan N.Qafarzadə rejissor Aqil M.Quliyevi oyundan çıxaracağını söyləyib.

Sonda tamaşaçıların səsverməsi ilə 37,54 faiz toplayan Qafarzadə oyundan özü gedib.

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.

Həmçinin oxuyun

“Eurovision-2017”də təmsilçimiz “Skeletons” mahnısını ifa edəcək

   Ölkəmizi “Eurovision-2017” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva yarışmada oxuyacağı “Skeletons” adlı mahnının klipini …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir