Çərşənbə axşamı , İyun 2 2020
Home / MediaTV / ‘O Səs Türkiyə’də sürpriz evlənmə təklifi

‘O Səs Türkiyə’də sürpriz evlənmə təklifi

   TV8′də yayımlanan “O Ses Türkiyə” yarışmasından ələnən Gamze Dursun, “Əgər burdan ələnsəm, nişanlım mənə evlənmə təklifi edəcəkdi” deyərək hər kəsi heyrətə saldı. Münsif üzvü Hadisə, onlar üçün bal ayı sözü verdi.

   Prodüserliyini Acun Ilıcalı’nın etdiyi “O Səs Türkiyə” yarışmasında maraqlı bir hadisə yaşandı. Çarpaz düellolarda ələnən Gamze Dursun, nişanlısıyla iddiaya girdiyini ifadə edərək, “Ələndiyim zaman nişanlım mənə evlənmə təklifi edəcəkdi və iddianı qazandım. Acun bəyin icazəsi olsa bir evlənmə təklifi edər deyə düşünürəm” deyərək, nişanlısını səhnəyə dəvət etdi.

    Evlənmə təklifi etməsi istənən Dursun’un nişanlısı, diz çöküb “Yanıldım. Mənim çempionum sənsən. Çox hazırlıqsız tutuldum. Mənimlə evlənərsənmi” dedi. ‘Bəli’ cavabının ardından səhnədə romantik anlar yaşadı.

Acun Ilıcalı: Mən də həyəcanlandım

     Yarışmanın aparıcılığını da edən Acun Ilıcalı, “O Səs Türkiyə səhnəsində bir ilki yaşayıram. Bu an mən də həyəcanlandım” dedi.

Hadisədən BÖYÜK JEST

   Yarışmacının evlənmə təklifi etməsi qarşısında çox duyğulanan münsif üzvü Hadisə, onlar üçün mənalı bir jest etdi. “Balayınız məndən, haranı istəsəniz köməkçi olacağam” deyərək, ikilini sevindirdi.

[embedyt] http://www.youtube.com/watch?v=pFdGVUQKor8[/embedyt]

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Şahmat məktəbinin …