Bazar ertəsi , İyun 1 2020
Home / Cəmiyyət / Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirilib

Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümünə həsr olunmuş Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında ilk dəfə olaraq internet üzərindən canlı şahmat yarışı baş tutmuşdur.
MediAktiv.az  xəbər verir ki, yarışda çıxış edən Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Aqil Nağıyev müəllimlərin bu cür yarışlarada daha da həvəslə iştirak etdiyini vurğulayaraq bildirmişdir ki, daha öncə Sədərək rayonunda ilk dəfə olaraq şahmatçı şagirdlər arasında keçirilən online şahmat yarışı uğurlu alınmış, şagirdlərin şahmata olan marağını və rəqabət gücünü daha da artırmışdır.
Gərgin və bir o qədərdə maraqlı keçən oyunun yekun nəticələrinə əsasən 8 qalibiyyət və 2 məğlubiyyətlə I yerin sahibi Sədərək kənd 1 nömrəli tam orta məktəbi, II yerin sahibi 6 qalibiyyət və 2 məğlubiyyətlə Heydərabad qəsəbə tam orta məktəbi, III yerin sahibi isə 1 qalibiyyət və 4 məğlubiyyətlə Sədərək kənd 2 nömrəli tam orta məktəbi olmuşdur.
Yarışın sonunda qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.

Həmçinin oxuyun

Azərbaycanda 190 manatlıq ödənişin iyunda da verilməsi təklif olunur

“Aidiyyatı qurumlar 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın”. MediAktiv.az  xəbər verir …