Şənbə , İyul 20 2019
Home / Müsahibə / “Əkibala”nın növbəti “yuxu”su

“Əkibala”nın növbəti “yuxu”su

O yenə danışdı… Həm də bütün Azərbaycan cəmiyyətinin adından. Zərrə qədər də utanmadan, özünəməxsus bir həyasızlıqla…
O cəmiyyətin ki, kiçikdən böyüyə qədər hər bir ləyaqətli fərdinin ağız suyuna bulaşıb. O cəmiyyətin ki, Əkrəm Əylisli adlı bir erməni ifrazatı ilə eyni mühitdə yaşadığına, nəfəs aldığına görə xəcalət çəkir. Sanki yüz ildən daha çox bir zaman kəsiyində Azərbaycan xalqına ağlasığmaz zülmlər yaşadan, torpaqlarımızı işğal edən, yüzminlərlə soydaşımızı öz yurdundan didərgin salan erməniliyin dəstəkçisi o deyil, başqa bir soysuzdu, başqa bir şərəfsizdi, başqa bir xəyanətkardı…
Azərbaycan cəmiyyəti mənəviyyatının mayası ermənidən tutulan bu nakəsi unutmağa çalışır, amma adam unudulmaq istəmir. İstəyir ki, hər gün onun erməni təəssübkeşliyindən, doğulduğu torpağa qarşı xəyanətindən, ermənidən daha artıq erməni olmaq fitrətindən yazsınlar, danışsınlar. O da öz bir arşınlıq iyrənc vücudundan məzlum, yazıq obrazı düzəltsin… Bəlkə “Daş yuxular”dan qazanmadıqlarını indi qazandı. “Nobel mükafatı” arzulayırdı axı… Vaxtilə arzuladığı “İstiqlal” ordenini ala bilməyəndə küsüb Əylisə qaçmışdı… Ondan öncə də xəyanətinə görə əlindən alınan mükafatlara görə bulvardakı ağaclardan birinin təpəsinə çıxmışdı diqqəti cəlb etmək üçün… İndi o ağac da qalır, təpəsi də, hadisənin şahidləri də hələ ki sağdırlar… 
Bu o Əkrəmdi ki, “Yazıçı” nəşriyyatına baş redaktor gətiriləndə özündən hündür olan hər kəsi işdən çıxarmaq istəyirdi. Amma alınmadı, çünki nəşriyyatda ondan sözün bütün mənalarında alçaq bir kimsə yox idi…
İndi tarixdə öz xalqına qarşı ən böyük xəyanətə imza atan, göz önündə yaşanan, şahidləri hələ sağ olun həqiqətləri təhrif edə biləcək qədər həyasız olan bu adam yenə də utanmadan həqiqətdən, humanizm prinsiplərindən, ziyalılıqdan, səviyyədən danışır və hətta… kimisə müdafiə etməyə cəhd göstərir. Əkrəm və səviyyə… Əkrəm və həqiqət… Bir-birindən kainatın qutbləri qədər uzaq nəsnələr… Sabitlik və sürüşkənlik… Ucalıq və alçaqlıq… 

***

Hələ 6 il öncə çəkmişdim Əkibalanın portretini:
…Bədbəxt adamdır, Əkrəm. Balaca, alçaq adamdı. Vaxtilə «Camaat, sizə şad xəbərim var, ermənilər Bakıya qayıdır», — deyən Əbdülrəhman Vəzirov kimi… bambılıdır. Anar demişkən, «Əkibala»dı.
Bu adam həmişə axına qarşı getmək və çoxluğun mövqeyi əleyhinə çıxış etməklə fərqlənmək istəyib. Çoxluğun mövqeyinin haqlı, yaxud haqsız olduğunun fərqinə varmayıb. Qorxaq adamdı Əkrəm. Hərdən içindəki özündən dəfələrlə kiçik olan əkrəmciyəz ortalığa çıxıb «mən də varam» demək istəyir. Amma var gücü ilə çığırmağa və çığırdığının arxasında dayanmağa cəsarəti çatmır. Sonra hamıdan küsüb gedir Əylisə və içindəki əkrəmciyəzlə baş-başa qalıb natamamlıq kompleksindən doğan bütün qəzəbini yazdıqlarının üzərinə boşaldır, onu öz qənaətinə görə lazımınca dəyərləndirməyi bacarmayan azərbaycanlıları ermənilərdən aşağı tutmaqla, yaxud erməniləri böyütməklə qisas aldığını düşünür.
Ona «İstiqlal» ordeni umduğu halda «Şöhrət» ordeni verirlər, küsüb Əylisə gedir…
Yubileyini keçirmirlər, yenə də küsüb mənən sərhədləri çərçivəsindən kənara çıxa bilmədiyi Əylisə tapınır… Onu ziyarətə gələnlərin yanında unudulduğundan, dövlətin və millətin onu yaddan çıxardığından şikayətlənir və sonra yenə öz əməllərini davam etdirir, umduğu və küsdüyü milləti aşağılamaqla içindəki əkrəmciyəzi böyütmək istəyir.

***

…Hələ miladdan öncə 356-cı ildə Efes sakini Herostrat şöhrət qazanmaq və tarixdə qalmaq üçün Artemida məbədini yandırmışdı. Herostrat cəzasını aldı… Hətta onun unudulmasıyla bağlı xüsusi sərəncam da verildi. Onillər boyu carçılar Yunanıstanı qarış-qarış gəzərək «şöhrətpərəstliyi ucbatından ilahə Artimedanın məbədini yandıran Herostratı xatırlamağa cəsarət etməyin» desələr də, Herostrat unudulmadı. Beləliklə Herostrat öz istəyinə nail oldu, arzuladığı əbədi şöhrəti qazandı. Amma bu rüsvayçı şöhrət oldu…

***

…Tələbə yoldaşım Məmməd (ad şərtidir — E.M) Əkrəm Əylisli yaradıcılığının vurğunu idi. Kitabları əlindən yerə düşmürdü. Özünü ona bənzətməyə, üslubunu təkrarlamağa çalışırdı. Məmmədin Əkrəm Əylisi yaradıcılığının təsiri altında yazdığı hekayələrindən biri doğulduğu kəndə, uşaqlıq illərinə və arzularına həsr olunmuşdu. Hekayənin süjet xətti təxminən belə idi: «Balaca Məmməd hər gün dərsə gedəndə kolxoz sədrinin əlində üzərinə kərə yağı və povidla çəkilmiş böyük çörək parçası olan şişman oğlu ilə qarşılaşır. Kolxoz sədrinin oğlu əlindəki çörəyi paylaşmaq istəmir onunla. Sonra Məmməd böyüyür, pilot olur və günlərin birində kəndlərinin üzərindən uçaraq kolxoz sədrinin oğluna yuxarıdan aşağı baxır».
…Səbəbini bilmirəm, amma hər dəfə Əkrəm Əylislinin adını eşidəndə tələbə yoldaşımın bu hekayəsini xatırlayıram.

Elçin Mirzəbəyli

Baymedia