Şənbə , İyul 24 2021
Home / Önə Çıxan / Azərbaycan II Dünya müharibəsində
..

Azərbaycan II Dünya müharibəsində

Böyük dövlətlərin planında-Azərbaycan

        Azərbaycan İkinci Dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı “Qafqazın idarə olunması planı”na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.  Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin “Böyük Türküstan”dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin “Edelveys” adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. ABŞ və Böyük Britaniyanın da xüsusi planı var idi. “Vilvet” adlanan bu planda Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi.Həmçinin SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək planı var idi.

 Azərbaycan oğulları ön cəbhədə

      Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq 1941-ci ilin iyununda faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan döyüş yolu Qafqazdan başlayan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdur və Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş şəxs isə Qafur Məmmədov olmuşdur. O, 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda mübarizədə igidlik göstərmişdir. II Dünya müharibəsindən danışarkən Azərbaycan  diviziyalarının igidliklərini xüsusi qeyd etmək lazımdır. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində  iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdəki rəşadətə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular.Onlar arasında  cəsur Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayını missal göstərmək olar. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını Berezina çayını keçərək Pleşeni şəhərini,  508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən  sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, Dnepr çayını keçməkdə göstərdikləri qəhrəmanlıqlara görə F.Səfərov, M.Ələkbərov, M.Məhərrəmov, Ə.Məmmədov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar. 416-cı diviziya “Taqanroq diviziyası”, döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən , 271-ci diviziya “Qarlovka diviziyası”, 77-ci diviziya “Simferopol diviziyası” və 223-cü diviziya “Belqrad diviziyası” adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlin əməliyyatında  iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri misilsiz xidmətlərə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

Həmçinin oxuyun

Azərbaycan hərbçiləri Gorus-Qafan avtomobil yoluna nəzarət edir

“Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan özünün feysbuk səhifəsində Gorus-Qafan avtomobil yolunda Azərbaycan hərbçilərinin …