Cümə , Aprel 23 2021
Home / Önə Çıxan / Mikroavtobus aşdı – 2-si ağır 17 xəsarət alan var!

Mikroavtobus aşdı – 2-si ağır 17 xəsarət alan var!

  Şəkidən Mingəçevirə gedən mikroavtobus qəzaya uğrayıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, hadisə bu gün saat 13.30 radələrində, Yevlax-Zaqatala-Gürcüstan yolunun 30-cu kilometrliyində, Şəki rayonunun Cəfərabad kəndi ərazisində qeydə alınıb.
Şəki rayon sakini, 1987-ci il təvəllüdlü Mürşüdov Raqif Fərhad oğlunun idarə etdiyi “Mercedes” markalı, 10 VR 843 dövlət nömrə nişanlı mikroavtobus idarəetmənin itməsi nəticəsində aşıb. Nəticədə ikisi uşaq olmaqla, 17 nəfərin xəsarət aldığı bildirilir.
  İlkin ehtimala görə, hadisəyə texniki nasazlıq səbəb olub.
  Xəsarət alanların Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığı, iki nəfərin reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Həmçinin oxuyun

Azərbaycan hərbçiləri Gorus-Qafan avtomobil yoluna nəzarət edir

“Çiçəklənən Ermənistan” parlament fraksiyasının deputatı Naira Zohrabyan özünün feysbuk səhifəsində Gorus-Qafan avtomobil yolunda Azərbaycan hərbçilərinin …