Çərşənbə axşamı , Oktyabr 20 2020
Home / Manşet / Ali Məclisin Sədri Fərman imzaladı

Ali Məclisin Sədri Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  mayın 23-də  Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

MediAktiv.az-ın məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  mayın 23-də imzaladığı Qərarla Səbuhi Məmmədov daha yüksək vəzifəyə – Naxçıvan Muxtar Respublikasının Baş naziri  vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

Cəbhədə son vəziyyət: Düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib

Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət …