Çərşənbə , Oktyabr 23 2019
Home / Rəsmi xronika / Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Süni Mayalanma Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.

3. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Həmçinin oxuyun

Prezident sərəncam imzaladı – Yeni qoruqlar yaradıldı

Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi …