Bazar , İyun 7 2020
Home / Rəsmi xronika / Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib

Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 23 iyul 2015-ci il tarixli fərmanına dəyişiklik edib.

MediAktiv.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı fərmana əsasən, Agentliyə yeni səlahiyyət verilib.

Qurum bundan sonra aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin, ailə-kəndli təsərrüfatlarının müvəkkil kredit təşkilatları vasitəsilə aldıqları mikrokreditlər üzrə risklərə qismən təminat verilməsini həyata keçirəcək. 

Həmçinin oxuyun

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında …