Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / Manşet / Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib – Fərman

Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsinə dəyişiklik edilib – Fərman

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci yarımbəndi ləğv edilir.

Həmin bəndə əsasən Agentlik avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirirdi.

Həmçinin oxuyun

Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə …