Bazar , Sentyabr 26 2021
Home / Manşet / Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb

Avtomobil yollarının təmiri və tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq olaraq 8 (səkkiz) milyon manat və 4,5 milyon (dörd milyon beş yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Bu gün qurur hissi ilə deyirəm ki, Azərbaycan işğala son qoydu

Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala …