Bazar , May 31 2020
Home / Rəsmi xronika / Azərbaycanda daha bir nazirlik ləğv edilə bilər – SƏBƏB

Azərbaycanda daha bir nazirlik ləğv edilə bilər – SƏBƏB

Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında Prezidentin Fərmanı ilə Vergilər Nazirliyi ləğv olunub və əvəzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb. 


MediAktiv.Az  mətbuatda yer alan məlumatlara əsasən bildirir ki, struktur islahatlarının davamı olaraq yaxın zamanlarda Səhiyyə Nazirliyinin ləğv olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə veriləcəyi gözlənilir. 
Buna səbəb kimi isə yanvar ayının 1-dən etibarən səhiyyə ocaqlarının böyük əksəriyyətinin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli  Fərmanına əsasən yaradılan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyinə verilməsi göstərilir.
TƏBİB publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı ilə BURDAN tanış ola bilərsiniz.

Həmçinin oxuyun

Fransa senatoru Prezident İlham Əliyevə təşəkkür edib

Fransanın Orn departamentindən senator, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə …