Çərşənbə axşamı , İyun 2 2020
Home / Rəsmi xronika / Bakıda 2 mindən çox naxçıvanlıya şəxsiyyət vəsiqəsi verilib

Bakıda 2 mindən çox naxçıvanlıya şəxsiyyət vəsiqəsi verilib

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı noyabrın 15-dən başlayan səyyar xidmət dekabr ayının 10-da başa çatıb.

MediAktiv.Az xəbər verir ki, 25 gün ərzində Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti yaşayan 2000-dən çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib.

Qeyd edək ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyində səyyar xidmət 2020-ci ilin əvvəlində də öz işini davam etdirəcək.

Həmçinin oxuyun

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi – FƏRMAN

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. MediAktiv.az-ın …