Çərşənbə , İyun 3 2020
Home / Manşet / Bir sıra dövlət başçısı İlham Əliyevi təbrik edib

Bir sıra dövlət başçısı İlham Əliyevi təbrik edib

Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

MediAktiv.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza Malta Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan yaxşı münasibətlər xalqlarımızın qarşılıqlı mənafeyi naminə bundan sonra daha da möhkəmlənməkdə davam edəcəkdir. İnanıram ki, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən Şərq Tərəfdaşlığı çərçivəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi üçün ölkələrimiz qarşısında aşkarlanması zəruri olan çoxsaylı imkanlar mövcuddur.

Bundan əlavə, COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə beynəlxalq ictimaiyyətin həmrəylik nümayiş etdirməsi və bütün ölkələrin bəşəriyyət qarşısında presedenti olmayan bu çətinliyin öhdəsindən gəlmələri üçün güclərini birləşdirmələri mütləqdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və əmin-amanlıq, ölkənizə sülh, tərəqqi və firavanlıq arzu edirəm.

Zatı-aliləri, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Həmçinin oxuyun

Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” …