Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Rəsmi xronika / Dövlət başçısı: “Danışıqların başlanması üçün Azərbaycanın işğal olunmuş bütün rayonları boşaldılmalıdır”

Dövlət başçısı: “Danışıqların başlanması üçün Azərbaycanın işğal olunmuş bütün rayonları boşaldılmalıdır”

“Onlar bu əraziləri boşaldacaqlarına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər. Çünki bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, bizim qaçqın və məcburi köçkünlərimiz işğal olunmuş bütün ərazilərə, o cümlədən Dağlıq Qarabağa və Şuşaya qayıtmalıdırlar. Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra danışıqlar başlayacaq”.

MediAktiv.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Ermənistanla danışıqlar masasına oturmağın şərtlərini açıqlayarkən deyib.

“Biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir”, – deyə dövlət başçısı əlavə edib.

Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların başlanması üçün Azərbaycanın bütün rayonları boşaldılmalıdır.

Həmçinin oxuyun

Azərbaycan Prezidenti: Biz heç kimdən asılı deyilik

Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. MediAktiv.az -ın məlumatına …