Bazar , Aprel 5 2020
Home / Rəsmi xronika / Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişikliklər edilib

Dövlət bayrağı ilə bağlı qaydalarda dəyişikliklər edilib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

MediAktiv,Az  xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1512-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 628 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə imzalanıb.

Qərarla Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən və ya asılarkən, Azərbaycan Respublikasının Dövlət himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət himnindən istifadə qaydaları haqqında” qanunu ilə müəyyən ediləcək.

Həmçinin oxuyun

İsmət Səttarov Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib – SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 4-də İsmət Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi …