Cümə , Oktyabr 23 2020
Home / Rəsmi xronika / Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək – Rəsmi

Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək – Rəsmi

Hərbi qulluqçuların və ailə başçısını itirməyə görə pensiyaların təyinatının avtomatlaşdırılması məsələsi tezliklə həll ediləcək.

MediAktiv.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı Ayxan Məcidov “Pensiya təyinatı və hesablanma qaydaları”na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, pensiyaların böyük hissəsi elektronlaşdırılıb:

“Çox cüzi qalıb. Onlar da hərbi qulluqçular və ailə başçısını itirməyə görə pensiyalardır. Bu pensiyaların da təyinatının avtomatlaşdırılması layihələrdə var. Bu məsələlər də tezliklə həll ediləcək”.

Həmçinin oxuyun

Prezident Milli Qəhrəman, şəhid Şükür Həmidovun atası ilə danışıb

Oktyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Qəhrəman, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür …