Çərşənbə , Oktyabr 23 2019
Home / Rəsmi xronika / İlham Əliyev Şabrana 12 milyon manat ayırdı

İlham Əliyev Şabrana 12 milyon manat ayırdı

Prezident İlham Əliyev Şabran rayonunun Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı doqquz yaşayış məntəqəsini birləşdirən Surra-Düz Bilici-Qorğan-Çinarlar avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Həmçinin oxuyun

Prezident sərəncam imzaladı – Yeni qoruqlar yaradıldı

Prezident İlham Əliyev Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi …