Bazar , Fevral 21 2021
Home / Rəsmi xronika / İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildi – SƏRƏNCAM

İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildi – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi  haqqında Sərəncam imzalayıb.

MEDİAKİTV.AZ-ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında elm sahəsində səmərəli fəaliyyətinə görə Hacıyev İsmayıl Muxtar oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin”.

Qeyd edək ki, bu gün İsmayıl Hacıyevin 70 illik yubileyidir. Bununla bağlı Naxçıvan Muxtar Respublikasında bir sıra tədbirlər keçirilib.

Həmçinin oxuyun

Naxçıvanda Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Qars müqaviləsinin 100  illiyinin keçirilməsi haqqında Sərəncam …