Çərşənbə axşamı , İyun 2 2020
Home / Rəsmi xronika / Magistraturaya qəbul olunacaq tələbələrlə bağlı YENİ QƏRAR

Magistraturaya qəbul olunacaq tələbələrlə bağlı YENİ QƏRAR

Nazirlər Kabineti 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

MediAktiv.Az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Sənədə görə, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.

Həmçinin oxuyun

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi – FƏRMAN

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. MediAktiv.az-ın …