Çərşənbə axşamı , İyun 2 2020
Home / Rəsmi xronika / Müdafiə Nazirliyinin nümayəndələri Moskvada beynəlxalq tədbirdə iştirak ediblər

Müdafiə Nazirliyinin nümayəndələri Moskvada beynəlxalq tədbirdə iştirak ediblər

Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq ordu oyunları – 2020” yarışlarının Moskva şəhərində keçirilən ilkin planlaşdırma konfransında iştirak edib.

MediAktiv.Az xəbər verir ki,Müdafiə Nazirliyindən  verilən məlumata görə, tədbir zamanı yarışların şərtləri və qaydaları, hazırlıq işləri müzakirə olunub, eləcə də müsabiqənin təşkil olunacağı ərazilərə baxış keçirilib.

“Beynəlxalq ordu oyunları – 2020” yarışlarının gələn ilin avqust ayının 23-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Həmçinin oxuyun

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi – FƏRMAN

Prezident İlham Əliyev “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb. MediAktiv.az-ın …