Cümə , Aprel 3 2020
Home / Rəsmi xronika / Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Ali Məclisinə seçkilər keçiriləcək – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Sərəncamda deyilir:

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilsin”.

Həmçinin oxuyun

Mehriban Əliyeva: “Aprel döyüşlərində həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaq”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Aprel döyüşlərinin dördüncü ildönümü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. MediAktiv.az həmin paylaşımı təqdim …