Çərşənbə , Fevral 19 2020
Home / Rəsmi xronika / Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilib-FOTO

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilib-FOTO

5 dekabr 2019-cu il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsinin IV kurs Təsviri incəsənət müəllimliyi və Təhsildə sosial-psixoloji xidmət ixtisası tələbələrinin 2019-2020 tədris ilinin birinci yarısında 8 həftə müddətində Naxçıvan şəhər məktəblərində yerinə yetirdikləri pedaqoji təcrübənin yekun konfransı keçirilmişdir.
MediAktiv.Az xəbər verir ki, konfransı giriş sözü ilə İnstitutun prorektoru, dosent Azad Novruzov açaraq tələbələrin bilik və bacarıqlarının formalaşmasında pedaqoji təcrübənin əhəmiyyətindən danışmışdır. O, qeyd etmişdir ki, pedaqoji təcrübə tələbələrimizin institututda qazandıqları nəzəri biliklərinin təcrübəyə tətbiqi baxımından olduqca əhəmiyyətli olmuşdur. Təcrübə müddətində tələbələrimiz Naxçıvan şəhər orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi ilə birlikdə müxtəlif səpkili tərbiyəvi tədbirlər hazırlamış, dəyirmi masalar keçirmişlər. Tələbələrimiz öz nümunəvi davranışları, yüksək təlim-tərbiyələri ilə seçilmiş, göstərdikləri fəallıqlarına görə məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olunmuşlar. Pedaqoji təcrübənin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və təcrübə keçirilən məktəblərə öz minnətdarlığını bildirdi.
Sonra pedaqoji təcrübə rəhbəri Təranə Əliyeva və Təbiət və incəsənət fakültəsinin dekanı, dosent Rövşən Vəliyev Pedaqoji təcrübə müddətində metodistlər, psixoloqlar, pedaqoqlar və təcrübəçi tələbələr tərəfindən yerinə yetirilən işlər haqqında çıxış etmişlər.
Sonda pedaqoji təcrübənin yekunlarına dair metodiki sərgiyə baxış olmuşdur.

Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilib-FOTO
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji təcrübənin yekun konfransı keçirilib-FOTO

Həmçinin oxuyun

Prezident xalq rəssamını təltif etdi

Prezident İlham Əliyev heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi …