Çərşənbə , Fevral 19 2020
Home / Rəsmi xronika / Naxçıvan qonaqlarını yüksək səviyyədə qarşılayır

Naxçıvan qonaqlarını yüksək səviyyədə qarşılayır

MediAktiv.Az  xəbər verir ki, Təbriz Mehmanxanasında Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün seminar və praktik məşğələ keçirilib. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Süleyman Rüstəmov tələbələrə mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi ilə bağlı məlumat verib. Qeyd olunub ki, müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır, mehmanxana şəbəkəsinin xidməti genişlənir.

“Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin nümayəndəsi Sahil Murtuzayev isə hotel işinin təşkili, muxtar respublikada fəaliyyət göstərən hotellərdə dövlət standartlarının tətbiq edilməsi haqqında məlumat verib,

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil edilən tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Həmçinin oxuyun

Prezident xalq rəssamını təltif etdi

Prezident İlham Əliyev heykəltəraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi …