Bazar ertəsi , Aprel 6 2020
Home / Manşet / Naxçıvanda ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur-FOTO

Naxçıvanda ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur-FOTO

Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır. Onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

MediAktiv.az  xəbər verir ki, bu tədbirlərin davamı olaraq, mart ayının 13-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub.

Həmçinin oxuyun

Ermənistanda dövlət rəsmisi döyüldü

Ermənistanda döyülmə hadisəsi baş verib. MediAktiv.az  xəbər verir ki, bu barədə “Shamshyan.com” bildirib. Bildirilir ki, hadisə …