Çərşənbə , İyul 15 2020
Home / Rəsmi xronika / Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı – SƏRƏNCAM

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

MediAktiv.az -ın məlumatına görə, Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan şəhərində “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

2.1. “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin;

2.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Həmçinin oxuyun

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Arif Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. MediAktiv.az xəbər verir …