Bazar ertəsi , Yanvar 11 2021
Home / Rəsmi xronika / Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin

Prezident İlham Əliyev: Əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu bir güllə atmadan işğaldan azad edilsin

Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin

MediAktiv.az -ın məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi işğaldan azad edilib. Bu münasibətlə mən Azərbaycan xalqını təbrik etmişdim, ağdamlıları təbrik etmişdim. Bu gün mən buradayam, Ağdam şəhərindəyəm. Ağdam məscidini ziyarət etmişəm, Azərbaycan Dövlət Bayrağını qaldırmışam. Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə – 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin”.

Həmçinin oxuyun

Prezident: “Yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək”

“Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik”. MEDİAKTİV.AZ-ın xəbərinə görə, …