Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Rəsmi xronika / Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik

Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik

Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik.

MediAktiv.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı:

“Bizim hansısa konvensiyanı imzalamağımız və ya imzalamamağımız faktı bizim o silahdan istifadə etməyimiz və ya etməməyimiz anlamına gəlmir. Bizim kifayət qədər silah-sursatımız var. Bizim müasir silahlarımız var və biz onları döyüş meydanında nümayiş etdiririk. Bizim etdiklərimiz budur, biz əraziləri bombalarla azad etmirik, biz əraziləri, kəndləri, şəhərləri bir-birinin ardınca işğaldan azad edən və Azərbaycan bayrağını ucaldan döyüşçülərimizlə azad edirik. Bu, belə edilir”.

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Bu gün bir çox inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir

Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. MediAktiv.az-ın məlumatına görə, bunu …