Bazar , İyul 12 2020
Home / Manşet / Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

MediAktiv.az  xəbər verir ki,  Sərəncamda qeyd edilir ki, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Həmçinin oxuyun

Muxtar respublikada təbiətə qayğı göstərilir – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ekoloji problemlərin həllinə qayğı ilə yanaşaraq demişdir: “Ekoloji məsələlərə diqqət, …