Cümə axşamı , Yanvar 21 2021
Home / Rəsmi xronika / Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı sərəncam imzaladı

Prezident Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” sərəncam imzalayıb.

MediAktiv.az xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Sənədə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı

Prezident İlham ƏliyevAzərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmanda deyilir: – Ötən …