Çərşənbə axşamı , İyul 14 2020
Home / Rəsmi xronika / Qadınlara sərmayə kapitalı verilib-FOTO

Qadınlara sərmayə kapitalı verilib-FOTO

MediAktiv.Az

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqram əsasında Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətlədirilməsi” adlı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təlimlərdə öz maraqlı biznes planı ilə fərqlənən qadınlara sərmayə kapitalının verilməsi ilə əlaqədar Komitənin iclas zalında tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, insanların, o cümlədən qadınların işə olan münasibətini dəyişmiş, onların sahibkarlıqla, xüsusən də ailə təsərrüfatlarının yaradılması ilə bağlı maraqlarını daha da gücləndirmişdir. Bu isə qadınların digər sahələrdə olduğu kimi, özəl sektorda da yüksək nailiyyətlər əldə etməsinə öz təsirini göstərir. Belə ki, son illərdə muxtar respublikada təsisçisi və sahibkarı qadın olan bir sıra sahibkarlıq subyektlərinə ilkin biznesə başlamaları, fəaliyyətlərinin genişləndirilməsi üçün güzəştli şərtlərlə kredit verilib. Bunların məntiqi nəticəsidir ki, hazırda muxtar respublikada 6000-dən artıq qadın sahibkar var. Sahibkar qadınlar ərzaq, qeyri-ərzaq və kənd təsərrüfatı məsullarının istehsalında xüsusən də istehsal, əczaçılıq, ictimai iaşə sahələri, sənaye materiallarının satışı və lavaş istehsalı və s. xidmət sahələrində fəaliyyət göstərirlər.
Ramilə Seyidova bildirmişdir ki, cari il ərzində BMT-nin İnkişaf Proqramının maliyyə dəstəyi də daxil olmaqla, Avropa İttifaqının maliyyələşdirdiyi, Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsi icra edilmişdir. Layihədə əsasən 40 yaşınadək aztəminatlı ailələrdən olan qadınlar və sağlamlıq imkanları məhdud qadınlar iştirak etmişdir. Layihənin keçirilməsində əsas məqsəd qadınların ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qadınların sahibkarlıq fəaliyyətinə dəstək göstərilməsidir.
Belə ki, layihə çərçivəsində “Gələcəyini Planlaşdır” adlı 7 və “Öz biznesinə başla və onu inkişaf etdir” adlı 4 təlim keçirilmişdir. Keçirilən təlimlərdə 289 qadın iştirak etmişdir. Ümumilikdə layihə çərçivəsində 63 qadına sərmayə kapitalı verilmişdir ki, bugünkü tədbirdə Naxçıvan şəhəri, Babək və Şahbuz rayonlarından olan, öz biznes ideyaları ilə seçilən 24 nəfər qadına müvafiq müqavilələr və aktivlər paylanılmışdır. Sərmayə kapitalının 80 faizi qadınlara ailə təsərrüfatını genişləndirmək va ya qurmaq üçün, 20 faizi isə xalçaçılıq, toxuculuq, dərzilik, heykəltaraşlıq və s. sahəsi ilə məşğul olunması və ya inkişafı üçün verilmişdir. Qadınlardan 8-i maldarlıq, 2-si heyvandarlıq, 1-i quşçuluq, 1-i arıçılıq, 1-i əkinçilik, 2-si dərzilik, 7-si toxuculuq, 1-i konservləşdirmə, 1-i heykəltaraşlıq sahəsi ilə məşğul olacaqlar. Tədbirdə qadınlara ümumilikdə 9 iribuynuzlu (1 ədəd yanı balalı), 11 xırdabuynuzlu, 10 hind toyuğu, 10 arı ailəsi, 1500 kq buğda toxumu, 8 kq ip, 4 kq əriş, 2 kq arğac, 3 ədəd hana, 3 ədəd tikiş maşını, 10 m parça, 5 m parça yapışqan, 10 rulon yapışqan, 170 ədəd sap, 50 düzüm təbii daş, 150 ədəd süni gül, mal-qara və quş üçün yem, muncuq və s. verilmişdir.
Ramilə Seyidova qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova çıxış edərək, qadınlarla Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən imzalanan müqavilələr haqqında ətraflı məlumat vermiş və bundan sonra layihə ilə bağlı keçiriləcək tədbirlər haqqında layihə iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Layihə iştirakçısı Reyhanə Rəhimova onlara göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.
Tədbirdə sərmayə kapitalı verilən qadınlara müqavilələr təqdim olunmuşdur.
Tədbirə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova yekun vurmuşdur.
Tədbirdən sonra sərmayə kapitalının dəyərində alınmış aktivlərə yerində baxış olunmuşdur.

Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO
Qadınlara sərmayə kapitalı verilib-FOTO

Həmçinin oxuyun

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Arif Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. MediAktiv.az xəbər verir …