Bazar , İyun 7 2020
Home / Rəsmi xronika / Samuxda 15 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Samuxda 15 ədəd subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Samux rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

MediAktiv.az-ın məlumatına görə, sərəncama əsasən, Samux rayonunun əhalisi 35078 nəfər olan 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 15 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,05 milyon (bir milyon əlli min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin oxuyun

Prezident İlham Əliyev Zərdabda yol tikintisinə 3,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Zərdab rayonunun Ucar–Zərdab–Ağcabədi (32 km)–Gəlmə–Əlibəyli–Allahqulubağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında …