Bazar ertəsi , Dekabr 9 2019
Home / Rəsmi xronika / Yeni ildə bir həftə iş olmayacaq

Yeni ildə bir həftə iş olmayacaq

MediAktiv.Az xəbər verir ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1, 2 yanvar Yeni il bayramıdır. Gələn il 4, 5 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, ölkədə 31 dekabr 2019-cu il – 6 yanvar 2020-ci il tarixlərində 1 həftə iş olmayacaq.

Həmçinin oxuyun

BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı barədə məlumatlandırılıb

Dekabrın 9-da BMT-nin mənzil-qərargahında Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın qəbul edilməsinin 71-ci …