Cümə , Sentyabr 18 2020
Home / Səhiyyə / Azərbaycanda koronavirusa yoluxma sayında artım oldu

Azərbaycanda koronavirusa yoluxma sayında artım oldu

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan30856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, 2 380 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 318, ötən müddət ərzində isə ümumilikdə 796459 test aparılıb.

Həmçinin oxuyun

Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq …