Çərşənbə axşamı , Oktyabr 20 2020
Home / Səhiyyə / Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan MediAktiv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 042 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 601 nəfər müalicə olunaraq sağalıb, 574 nəfər vəfat edib, aktiv xəstə sayı 1 867 nəfərdir.

Ölkədə son sutka ərzində 6 722, hazırkı dövrədək isə 1 047 906 test aparılıb.

Həmçinin oxuyun

Daha 55 şagird və 21 işçidə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. MediAktiv.az xəbər verir ki, Nazirlikdən …