Çərşənbə , Sentyabr 16 2020
Home / Səhiyyə / Çinin aparıcı həkimləri Azərbaycana gəldi

Çinin aparıcı həkimləri Azərbaycana gəldi

“Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb. 

Şirkətdən MediAktiv.az-a verilən məlumata görə, çinli mütəxəssislərdən ibarət 10 nəfərlik qrup koronavirus xəstəliyi ilə mübarizədə təcrübə mübadiləsi məqsədilə AZAL-ın xüsusi reysi ilə Azərbaycana gəlib. 

Yüksək ixtisaslı tibb mütəxəssisləri koronavirus infeksiyasının (COVID-19) qarşısının alınması ilə məqsədi ilə Azərbaycanlı həmkarları ilə birgə çalışacaq.

AZAL-ın təyyarəsi vasitəsilə Çindən tibbi avadanlıq və qoruyucu vasitələr Azərbaycanın paytaxtına çatdırılıb.

“Azərbaycan Hava Yolları”nın Çendu şəhərindən (Çinin cənub-qərbindəki Sıçuan əyalətinin paytaxtı) Bakıya birbaşa uçuşu yeddi saatdan çox davam edib.

Reys Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən təşkil olunub.

Həmçinin oxuyun

Onkoloji xəstələrə yardım dövlət büdcəsi hesabına olacaq

Nazirlər Kabineti 329 nömrəli qərarı izah edib. MediAktiv.az-in məlumatına görə, qərarla “Onkoloji xəstələrin dərman vasitələri …