Çərşənbə , Sentyabr 16 2020
Home / Səhiyyə / Koronavirusun müalicəsində bu preparatlardan özbaşına istifadə etməyin! İnsulta, qanaxmalara səbəb olur

Koronavirusun müalicəsində bu preparatlardan özbaşına istifadə etməyin! İnsulta, qanaxmalara səbəb olur

Koronavirus infeksiyası qanı qatılaşdırır və damarlarda trombların əmələ gəlməsinə səbəb olur ki, bu da çox ciddi ağırlaşmalara və hətta ölümə gətirib çıxardır.

MediAktiv.az bildirir ki,bunun qarşısını almaq məqsədi ilə bütün dünyada koronavirusun müalicəsində qan duruldan preparatlardan (kleksan, enoksaparin, fraksiparin və s.) istifadə olunur.

Lakin həkimlər xəbərdarlıq edir ki, bu dərmanları yalnız həkimin təyini ilə qəbul etmək olar. Yalnız həkim xəstənin vəziyyətindən, yaşından, arterial təzyiqinin göstəricilərindən, analizlərdən, yanaşı xəstəliklərin olub-olmadığından və s. vacib amillərdən asılı olaraq bu dərmanların dozasını düzgün hesablaya bilər.

Qan duruldan preparatların özbaşına qəbulu ağır mədə-bağırsaq qanaxmaları və hemorragik insulta səbəb ola bilər.  

Həmçinin oxuyun

Onkoloji xəstələrə yardım dövlət büdcəsi hesabına olacaq

Nazirlər Kabineti 329 nömrəli qərarı izah edib. MediAktiv.az-in məlumatına görə, qərarla “Onkoloji xəstələrin dərman vasitələri …