Bazar , Sentyabr 19 2021
Home / Səhiyyə / Qışda bu meyvələri yeməlisiniz

Qışda bu meyvələri yeməlisiniz

Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, meyvə qəbulu da əhəmiyyətlidir.

MEDİAKTİV.AZ xəbər verir ki, heyva sağlam immunitet sistemi üçün vacib olan C vitamini və lif ehtiva edir. Həm də heyva antibakterial xüsusiyyətlərə malikdir.

Xurma C vitamini sayəsində iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xurmanın tərkibində həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edən antioksidanlar var.

Nar planetimizin ən gözəl meyvələrindən biri hesab olunur. Meyvə ürək, xərçəng və artrit daxil olmaqla geniş bir sıra xəstəlik riskini azaltmağa kömək edən qida və güclü bitki birləşmələri ilə zəngindir.

Mərcanı əsasən karbohidrat və lifdən ibarətdir. Tərkibində mis, C, E və K1 vitaminləri mövcuddur. Eyni zamanda, bu meyvənin suyu qan təzyiqinin qorunmasına və qanda xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.

Sitrus meyvələri də xolesterolu və qan təzyiqini azaltmağa kömək edir. Bir portağalda yetkin insan üçün lazım olan gündəlik C vitamini var. Kividə C, K, E vitaminləri, folat və kalium mövcuddur. Kivi həm də antioksidan və lif baxımından zəngindir.

Alma daha çox karbohidrat və sudan ibarətdir. Bu meyvə eyni zamanda qan şəkərini azaltmağa kömək edən və bağırsaq sağlamlığını inkişaf etdirən yaxşı bir lif mənbəyidir.

Həmçinin oxuyun

Alimlər: Peyvənd edilməyən insanlarda koronavirusdan ölüm riski 11 dəfə yüksəkdir

Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur. MEDIAKTIV.AZ xəbər verir …