Bazar , Avqust 2 2020
Home / Səhiyyə / Rusiyada koronavirus vaksinin klinik tərcübələri yekunlaşdı, peyvəndləmə aparılacaq

Rusiyada koronavirus vaksinin klinik tərcübələri yekunlaşdı, peyvəndləmə aparılacaq

“Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksinin klinik sınaqları yekunlaşıb”.

MediAktiv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

O qeyd edib ki, hazırda vaksinin qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanır.

Nazir həmçinin Rusiyada kütləvi peyvəndləmənin anonsunu da verib: “Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq”.

Onun sözlərinə görə, vaksinasiyadan ilk növbədə tibb işçiləri və müəllimlər keçəcək.

Həmçinin oxuyun

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı 267 nəfərdir. MediAktiv.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən …