Çərşənbə , Sentyabr 16 2020
Home / Səhiyyə / TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi

TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi

“Koronavirusdan sağalan xəstələrin donor kimi qan verməsi könüllü prosesdir”.

MediAktiv.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, koronavirusdan sağalan xəstələrin qanından plazma kimi xəstə insanların müalicəsi üçün istifadə edilir: “Ancaq hər sağalmış xəstənin qanından hər xəstə üçün istifadə etmək mümkün deyil. Amma kimsə gözləməsin ki, hansısa xəstənin vəziyyəti ağırlaşsın, sonra qan verək. Mən müraciət edirəm ki, qan verək. Bu gün xəstələrin sağalması üçün plazmaya çox ehtiyac var”.

Həmçinin oxuyun

Onkoloji xəstələrə yardım dövlət büdcəsi hesabına olacaq

Nazirlər Kabineti 329 nömrəli qərarı izah edib. MediAktiv.az-in məlumatına görə, qərarla “Onkoloji xəstələrin dərman vasitələri …