Bazar , Sentyabr 19 2021
Home / Səhiyyə / Təzyiqi dərmansız aşağı salmağın yolu

Təzyiqi dərmansız aşağı salmağın yolu

Almaniyanın “Techniker Krankenkasse” sığorta şirkətinin mütəxəssisləri hesab edir ki, düzgün nəfəs alma texnikası yüksək qan təzyiqini aşağı salmağa kömək edir.

MEDİAKİTV.AZ-ın məlumatna görə, söhbət açıq havada dərin nəfəs almaqdan gedir. Beləliklə, təbii mühitdə, məsələn, çəmənlikdə və ya meşədə qalmaq, vegetativ sinir sistemini sakitləşdirə bilər.

“Nəfəsimizi sakit və rahat formada ləngitməklə qan təzyiqini aşağı salırıq və ürəyə müsbət təsir göstəririk. Bədənə oksigen vermək üçün optimal vəziyyət – dərindən nəfəs alandan sonra tənəffüsü nisbətən gec buraxmaq lazımdır. Dərindən nəfəs almaq insan bədənində zədələnmiş hüceyrələri bərpa edir və yeni enerji ehtiyatları yaratmağa kömək edir”-mütəxəssislər bildiriblər.

Həmçinin oxuyun

Alimlər: Peyvənd edilməyən insanlarda koronavirusdan ölüm riski 11 dəfə yüksəkdir

Peyvənd edilməyən şəxslərdə koronavirusdan ölüm halları vaksinasiya olunan insanlarla müqayisədə 11 dəfə çoxdur. MEDIAKTIV.AZ xəbər verir …