Cümə axşamı , Fevral 25 2021
Home / Səhiyyə / Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Türkiyədə Rusiya vaksini istehsal ediləcək

Türkiyədə Rusiyanın “Sputnik V” vaksininin istehsalı başlayacaq.

MEDİAKTİV.AZ-ın məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.

Qeyd olunur ki, istehsalla bağlı adıçəkilən fondla Türkiyənin aparıcı əczaçılıq müəssisəsi ilə razılaşma imzalanıb

İlkin mərhələdə Türkiyədə ildə 1 milyon doza “Sputnik V” vaksini istehsal olunacaq, gələcəkdə bu rəqəm artırıla bilər.

İstehsal olunan məhsul həm Türkiyə bazarına, həm də ixraca yönələcək.

Həmçinin oxuyun

Rusiyada üçüncü koronavirus vaksini qeydiyyata alındı

Rusiyada üçüncü koronavirus vaksini, “Kovivak” qeydiyyata alınıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu ölkənin baş naziri Mixail …