Çərşənbə , Sentyabr 16 2020
Home / Səhiyyə / ÜST: Azərbaycanda COVID-19-la mübarizədə ciddi irəliləyişlər əldə olunub

ÜST: Azərbaycanda COVID-19-la mübarizədə ciddi irəliləyişlər əldə olunub

“Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik”.

MediAktiv.az  xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib.  

Onun sözlərinə görə, ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb: “Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib”.

David Novillo Ortiz qeyd edib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır: “Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcəkdir”.

Həmçinin oxuyun

Onkoloji xəstələrə yardım dövlət büdcəsi hesabına olacaq

Nazirlər Kabineti 329 nömrəli qərarı izah edib. MediAktiv.az-in məlumatına görə, qərarla “Onkoloji xəstələrin dərman vasitələri …