Cümə , Sentyabr 18 2020
Home / Səhiyyə / ÜST: Koronavirus mövsümi deyil

ÜST: Koronavirus mövsümi deyil

“Yeni koronavirusun törətdiyi xəstəliyin mövsümi olmasına dair hər hansı əlamət, yaxud dəlil mövcud deyil”.

MediAktiv.az TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə aparıcı texniki mütəxəssisi, epidemioloq Maria van Kerkhove brifinq zamanı bildirib.

“Hər gün yeni-yeni şeylər öyrəndiyimiz bu virus aramızda dolaşmaqda davam edir, insanların əksəriyyəti ona qarşı həssasdır. Odur ki, yeni yoluxmaların, ölümlərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, – o deyib.

Ekspert həm hökumətlərin tövsiyələrinə əməl etməyin, həm də şəxsən təhlükəni azaltmağa yönələn addımlar atmağın vacib olduğunu da vurğulayıb: “Sizdən evdə qalmağı istəyirlərsə, qalın. Nəqliyyatda, mağazada maska taxmaq lazımdırsa, taxın. Bununla da həm özünüzü, həm də risk qrupunda olan insanları qorumuş olursunuz”.

Həmçinin oxuyun

Azərbaycanda 117 nəfər koronavirusa yoluxdu, 135 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq …