Cümə , Aprel 3 2020
Home / Şou-biznes / Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi “Instagram” hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb.

Mediaktiv.az Oxu.Az -a istinadən xəbər verir ki, Daniel ölkəmiz haqqında təəssüratlarını bölüşərək, Bakıya aşiq olduğunu yazıb: “Bakını sənədli filmlərdə görmüşdüm, həmişə buraya gəlmək istəyirdim. Mən bu şəhərə aşiq oldum, Bakı inanılmazdır”.

Daniel Bakının gözəlliyini və ecazkarlığını göstərmək üçün çəkilişlərin əksəriyyətini dron aparatının köməkliyi ilə aparıb. Onun çəkdiyi foto və videolar arasında Bakının simvolları hesab edilən İçərişəhər, Fəvvarələr meydanı, Dağüstü park, Alov qüllələri və Heydər Əliyev Mərkəzi yer alıb.

Həmçinin oxuyun

Kıvanç Tatlıtuğ yeni paylaşımı ilə gündəmi silkələdi – FOTO

Türkiyəli aktyor Kvanç Tatlıtuğ üç ay aradan sonra səssizliyi pozaraq paylaşım edib. MediAktiv.az Oxu.Az – a …