Bazar ertəsi , Avqust 19 2019
Home / Şou-biznes / Anasını xərçəngdən itirən aktrisa: “Dərin dərdi yaşayaraq…”

Anasını xərçəngdən itirən aktrisa: “Dərin dərdi yaşayaraq…”

Yanvar ayında anası xərçəngdən vəfat edən aktrisa Hande Erçel çətin günlərindən danışıb.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisa “Maria Claire” jurnalının mart sayına müsahibə verib. Hande Erçel ilk dəfə yanvar ayında vəfat edən anası haqqında danışıb.

Yaşadığı çətin günlərin öhdəsindən gəlməyə çalışdığını deyən Erçel “Əlbəttə ki, danışmağa üstünlük vermirəm. Lakin heç bir şey deməmək də yox saymaq təsiri bağışlayır. Günlərim içimdəki dərin dərdi yaşayaraq və bununla yaşamağı öyrənməyə çalışaraq keçir. İşləyərək həyata bağlanıram. Və təbii ki, ən böyük dəstəyim atamla bacımdır. İzaholunmaz bir duyğu və bir dərddir, Allah heç kəsə yaşatmasın. Çox darıxıram”.(publika)

Həmçinin oxuyun

Məşhur aktrisa evlənir

Türkiyənin məşhur aktrisası Hazal Kaya 5 illik sevgilisi Ali Ataya ərə gedir. Qısa müddət bundan …